- Baxış sayı: 10
- 22 Sentyabr 2026 18:51
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub.
Allsport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb. Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq.
Qeyd edək ki, Musayevin təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.