“Qırmızı-qaralar”ın tarixində 53-cü böyük hesablı qələbə

“Qəbələ” premyer liqanın 20-ci turunda evdə “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəlib. Allsport.az xəbər verir ki, bu, komandanın cari mövsümdə ən böyükhesablı qələbəsidir.

“Qəbələ” həm də mövsümün gedişində öz meydanında 5 və daha çox top fərqi ilə qalib gələn ilk komandadır.

“Qırmızı-qaralar” tarixində 53-cü böyük hesablı qələbəsini qazanıb. Bunlardan 36-sı evdə qeydə alınıb.

Premyer liqada əldə olunan 3 və ya daha çox top fərqi ilə olan qələbələrin sayı isə 31-ə çatıb. Bunlardan 20-si ev matçlarına təsadüf edib.

Həmin kateqoriyadan