“Qırmızı vərəqə işləri korladı”

Bu gün “Qəbələ” premyer liqanın 25-ci turunda evdə “Səbail”ə 2:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze məğlubiyyətə aydınlıq gətirdi:

“Nəsə söyləmək çətindir. 2 oyun dalbadal standart vəziyyətdən qollar buraxırıq. Qırmızı vərəqə işləri korladı. Amma bu faciə olmamalı, komanda xarakter göstərməlidir.

Bu gün ilk hissədə yaxşı oynadıq. Təəssüf ki, bütün futbolçularda ustalıq səviyyəsi yüksək deyil. Ehtiyat skamyamız da elə geniş deyil.

Əlimizi yanımıza salmayacağıq. İmkan daxilində sonadək mübarizə aparacağıq. Bu mövsüm komanda 12 qırmızı kart alıb. Fərdi bacarıq burda rol oynayır”.

Həmin kateqoriyadan