“Qış fasiləsində heyəti gücləndirmək istəyirik“

Azərbaycan premyer liqasının 16-cı turunda “Araz-Naxçıvan” səfərdə “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.

Allsport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra təşkil olunan mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

“Maraqlı oyun izlədik. Qapılara qol vurulmasa da, hər iki komanda mübarizə apardı. Epizodlarımız oldu, yararlana bilmədik. Yolumuza davam edəcəyik. Nələrin üzərində işləməli olduğumuzu bilirik.
Qış fasiləsində heyəti gücləndirmək istəyirik. Vəziyyətə baxacağıq. Xüsusilə də yerli oyunçularla bağlı axtarışımız olacaq. Ancaq heç kim yaxşı oyunçusunu başqa komandaya vermək istəməz. Buna görə isimiz çətin olacaq”.

Həmin kateqoriyadan