“Qol fürsətlərindən istifadə edə bilmədik”

“Sabah”ın baş məşqçisi Visente Qomes premyer liqanın 8-ci turunda Qəbələ üzüntüsündən danışıb. Allsport.az saytı xəbər verir ki, ispaniyalı mütəxəssis səfərdə eyni adlı komandaya 1:2 uduzmaqlarına belə şərh verib:

“Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Ancaq düşən qol fürsətlərindən istifadə edə bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı.

Meydanda azlıqda qalmağımız işimizi bir az da çətinləşdirdi. Buna baxmayaraq, futbolçularım meydanda əllərindən gələni etdilər, qol da vurduq. Lakin digər qol fürsətlərini dəyərləndirə bilmədik və məğlub olduq”.

Həmin kateqoriyadan