“Qol vurmağa çox rahat icazə veririk”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Atalanta” ilə heç-heçəni (2:2) şərh edib.

Allsport.az xəbər verir ki, o, komandasını tərifləyib:

“Düşünürəm ki, “Atalanta” kimi rəqibə qarşı yaxşı oyun keçirdik. Onlar, cərimə zərbəsindən istifadə edərək ikinci qolu vurdular. Biz belə vəziyyətlərdə daha yaxşı müdafiə oluna bilərdik.

İkinci hissədə daha qətiyyətli, cəsarətli və texniki cəhətdən hərəkət etdik. Biz lider olanda müdafiədə daha yaxşı oynamalıyıq, çünki eyni vəziyyət bir həftə əvvəl “Napoli” ilə oyunda da olmuşdu, ondan əvvəl də. Biz qol vurmağa çox rahat icazə veririk”.

Həmin kateqoriyadan