Qoran Simov: “Futbolçulara “Qarabağ” barədə düşünməyi qadağan etdim”

Çempionlar liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks”in baş məşqçisi Qoran Simov açıqlama verib. Allsport.az “Sportmedia” nəşrinə istinadla xəbər verir ki, 45 yaşlı serbiyalı mütəxəssis fikirlərinin ölkə çempionatının 2-ci turunda“Pelister”lə matçda olduğunu deyib:

“Nə “Qarabağ”? İndi bütün düşüncələrimiz “Pelister”lə oyundadır. Kratovoda oynayacağıq və təbii ki, ilk turdakı 6:0 hesablı qələbədən sonra yeni bir zəfər qazanmaq istəyirik. Buna görə, futbolçulara “Qarabağ” haqda düşünməyi qadağan etdim. “Pelister” yaxşı komanda olduğunu göstərdi. İlk turda “Akademiya Pandev”i məğlub etməyi bacardılar. “Pelister”lə oyunda 3 xal qazanmaq istəyiriksə, yaxşı oynamalıyıq”.

“Qarabağ” – “Sileks” oyunu avqustun 18-i saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan