Qoran Simov: “Cəsarətli oynamağa çalışdıq”

Çempionlar liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Sileks” (4:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Qoran Simov fikrini bildirib. Allsport.az xəbər verir ki, 45 yaşlı serbiyalı mütəxəssis matç barədə danışıb:

“Yaxşı oyun izlədik. “Qarabağ” çox yaxşı komandadır. Biz pis oynamadıq. Cəsarətli oynamağa çalışdıq, 2-3 fürsətimiz oldu. “Qarabağ” elə komandadır ki, ona çox cüzi boşluq versən, bundan istifadə edə bilər.

Məmnun olmadığım məqam hesabın bir qədər yüksək olmasıdır. Bir qədər də hakimlərdən narazı qaldım. “Qarabağ”a növbəti mərhələlərdə uğurlar arzulayıram. Bu komandanı çempionlar liqasının qrup mərhələsində görmək istərdim”.

Həmin kateqoriyadan