Qurban Qurbanov: 90 dəqiqə eyni tempdə oynaya bilmədik

Bu gün “Qarabağ” qitə liqasının “A” qrupunun 5-ci turunda Ispaniyada “Sevilya”nın qonağı oldu. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz 0:2 uduzulan oyunla bağlı bunu dedi:

“90 dəqiqə eyni tempdə oynaya bilmədik. Çox istərdik, burdan 1 xalla dönək. Amma alınmadı. Rəqibin səviyyəsi bəllidir. Qrupdan çıxa bilərdik. APOEL görüşü nəzər yetirsək, ümümi göstərici bizim tərəfdəydi. Təəssüf ki, lazımı xalları qazana bilmədik.

Hər yarış təcrübəmizi artırır. Deməzdim, zəiflik. Çalışacağıq ki, səhvlərdən nəticə çıxaraq. Yaxşı komandamız, rəhbərliyimiz var. 6 il ardıcıl avrokubokda çıxış edirik. Bu, böyük işdir. Çünki biz kiçik futbol ölkəsiyik. Ispaniya ilə müqayisə olunacaq səviyyədə deyilik.

Həmin kateqoriyadan