Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib

Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib. 
Allsport.az saytı xəbər verir ki, mütəxəssis bununla bağlı fikrini ötən şənbə günü AFFA icraiyyə komitəsinin iclasında rəhbərliyə çatdırıb. Məhz həmin toplantıda onunla müqavilənin ləğv edilməsi haqda qərar çıxarılıb. Beləliklə, 46 yaşlı məşqçi ilə ötən il imzalanmış 6 illik müqavilənin müddəti cəmi 1 il çəkib.

Sənəd vaxtından əvvəl ləğv olunduğundan, çalışdırıcı ilə anlaşmanın şərtlərinə uyğun olaraq, ona təzminat ödənməlidir. Qol.az-ın əldə etdiyi məlumata görə, AFFA üzərinə götürdüyü bu hüquqi öhdəliyi yerinə yetirməyə hazır olsa da, “Qarabağ”ın baş məşqçisi millidə pula görə işləmədiyini söyləyərək təzminatdan boyun qaçırıb.

Millidəki fəaliyyətinə görə Qruban Qurbanova AFFA-nın konkret nə qədər ödəməsi barədə məlumat verilmir. Amma daha əvvəl Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinə illik 1 milyon 200 min avro ödəndiyi barədə xəbər dolaşırdı.

Həmin kateqoriyadan