Qurban Qurbanov: APOEL-in azarkeşləri çox çılğındılar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 3-cü ələməsində Kiprin APOEL klubuna qarşı ilk oyun öncəsi fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, Nikosiyada mətbuat konfransında bunu söyləyib:

“APOEL-in gücü hər kəsə məlumdur. Hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdu. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. Bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən.

Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdi. Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə, stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq”.

Həmin kateqoriyadan