Qurban Qurbanov: “Azarkeşsiz futbolun nə demək olduğunu hiss etdik”

Çempionlar liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Sileks” (4:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında Qurban Qurbanov fikrini bölüşüb. Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Vacib qələbə qazandıq. Bir neçə aydan sonra rəsmi matçda qələbə qazanmaq xoşdu. Futbolçularımızı təbrik edirəm. Təəssüf ki, sevimli azarkeşlərimiz tribunada yox idi. Bu gün tam hiss etdik ki, azarkeşsiz futbol nə deməkdir. Qarşıda çempionat və avrokubok oyunlarımız var. Həmin matçlara maksimum diqqətlə hazırlaşacağıq”.

Həmin kateqoriyadan