Qurban Qurbanov: “Bəzi epizodlarda çətinliklərimiz oldu”

Premyer liqada 5-ci turdan təxirə salınmış “Qarabağ” – “Səbail” (4:0) oyunundan sonra təşkil olunmuş mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikrini bildirib. Allsport.az xəbər verir ki, o, qələbəni şərh edib:

“Vacib qələbə idi. Futbolçularda bir qədər həyəcan görünə bilər. Bu rəqblə ilk oyunda heç-heçə olmuşdu. Qələbə bizi 1-ci yerə yüksəldəcəkdi. “Səbail” çox ciddi müqavimət göstərdi. “Neftçi” ilə matçda da rəqibə qarşı çox layiqli futbol oynamışdılar. Ona görə bəzi epizodlarda çətinliklərimiz oldu. Ümumən komanda qələbə üçün lazım olan hər şeyi etdi. Komandanı təbrik edirəm”.

Həmin kateqoriyadan