“Çempionatın asan olmayacağını ilk turdan hiss etmişik”

Premyer liqanın 4-cü turunnda səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Yaxşı və maraqlı oyun oldu. Məğlub olacaqdıqsa da, istəmirdik oyun bitsin. Son saniyələrdə hesabı bərabərləşdirib, bir xal qazandıq. Çempionatın asan olmayacağını ilk turdan hiss etmişik. Sona kimi mübarizə aparmağımız məni qane etdi. Oktyabrın 1-də “Legiya” ilə vacib oyuna çıxacağıq. Həmin matça hazırlaşacağıq”.

Həmin kateqoriyadan