- Baxış sayı: 53
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 235
- Noyabr 09, 2026
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovda COVİD-19 aşkarlanıb. Allsport.az saytı xəbər verir ki, bu barədə onun yardımçısı Elçin Rəhmanov premyer liqanın 11-ci turunda “Səbail”ə ilə oyundan (1:1) sonra mətbuat konfransında deyib.
Testi müsbət çıxan mütəxəssisin müalicəsi davam edir. Bir neçə gün sonra o, təkrar test verəcək. Bu üzdən, Qurban Qurbanov komandanın noyabrın 28-də Ağdam səfərinə qatıla bilməyib.
“Qarabağ”ın tərcüməçisi Elvar Quliyev də koronavirusa yoluxub. Buna qədər heyətdə Maksim Medvedev və Rahil Məmmədov millinin düşərgəsində Avropa turunda yoluxmuşdular.