Qurban Qurbanov: Futbolçular bütün tapşırıqları yerinə yetirdilər

“Futbolçularımı təbrik edirəm. Bu gün intizamlı oyun gördük”. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 2-ci ələməsinin cavab oyuyndan sonra mətbiat konfransında deyib. O, səfərdə 1:1 etdikləri İrlandiya “Dandolk”unu evdə 3:0 yenmələrindən çox şad olub.

“Bu gün çox güc sərf etdik. Ciddi hazırlaşmışdıq. Futbolçular bütün tapşırıqları yerinə yetirdilər. Gərgin oyun oldu. Bizə çox da uyğun olmayan rəqib idi. Rəqib çox xarakterli komanda idi. Matçdan öncə də iddialı danışırdılar. Futbolçular gözəl oyunla rəqibin qarşısını aldılar və qələbə ilə azarkeşləri sevindirdilər”.

Həmin kateqoriyadan