Qurban Qurbanov: “Futbolçulardan çox şey tələb edə bilməzdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Akademika Klinçeni” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 2:2 hesabıyla bitən matçdan danışıb:

“İlk yoxlama matçımız idi. Bu gün futbolçulardan çox şey tələb edə bilməzdik. Antalyadakı təlim-məşq toplanışımızın ilk mikrotsiklinin son günü idi, hansı ki, bu oyunla başa vurduq. Hər şey qaydasında oldu. Baxmayaraq ki, futbolçular yorğun idi. Amma həm rəqib, həm də biz sürətli oyun nümayiş etdirdik. Yaxşı mübarizə oldu. Belə oyunlarda da nəticəyə oynamaq önəmlidir. Hesabda 1:2 geri düşsək də, son dəqiqələrdə futbolçular qol vurmağa çox istəkli idilər. Bunu da bacardılar. Bu oyun hazırlığın ilk hissəsi idi. Hələ hazırlığımızın ikinci hissəsi qalıb. Sonra isə bizi çempionat oyunları gözləyir”.

Həmin kateqoriyadan