Qurban Qurbanov: “Futbolçulardan və qazanılan nəticədən razıyam”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Sıx qrafiki qələbə ilə başa vurduq. “Xəzər Lənkəran”la görüşdən sonra bir müddət istirahət etmək imkanımız olacaq. Futbolçulardan və qazanılan nəticədən razıyam. “Xəzər Lənkəran”ın heyətində yaxşı gənc oyunçular var. Onlar gələcəkdə Azərbaycanın əsas futbolçularından olacaqlar”.

Həmin kateqoriyadan