Qurban Qurbanov: Hamının gözü bizdə idi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qitə liqasının pley-offunda evdə Şimali İrlandiyanın “Linfild” klubuna 2:1 qalib gəldikləri oyuna şərh verib. Allsport.az saytı xəbər verir ki, o, 2 görüşün nəticəsinə əsasən qrup mərhələsinə düşdükləri üçün çox sevinib: 

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün stadionda möhtəşəm ab-hava var idi. Onlar daha yaxşı qələbələrə layiqdi. Futbolçuları təbrik edirəm. Qalib gəldik, ancaq san olmadı. Şükür olsun, sonra hər şey bizim tərəfimizdə oldu. Bütün Avropa oyunlarımızı götürsək, ən çox qol epizodu yaratdığımız il oldu.

Sadəcə, çoxundan istifadə edə bilmədik. Əgər bunu bacarırıqsa, tez bir zamanda daha yaxşısına da nail olmalıyıq. Həm biz, həm də futbolçular daha çox çalışmalıyıq. Qrupa düşdük, rəqiblərimizi gözləməliyik. Bugünkü rəqibimiz də göstərdi ki, futbolda asan rəqib yoxdur. Komandam çox intizamlı oynadı. Sadəcə, son dəqiqədəki qol planlarımıza daxil deyildi.

Azərbaycan klubları arasında Avropada tək qalmışdıq. Hamının gözü bizdə idi. Bu da bir qədər həyəcan yaradırdı. İstənilən halda, məqsədimizə çatdıq. Rəqib haqda yalnız pozitiv danışa bilərəm. Çox istəkli idilər. Müdafiə olunmaqdan və mübarizədən həzz alırdılar. Bu mərhələyə kimi elə-belə gəlib çıxmamışdılar. Onlara uğur arzulayıram”. 

Həmin kateqoriyadan