Qurban Qurbanov: İnanıram ki, azarkeşlərimizi məzmunlu futbolla sevindirəyik

Bu gün Bakı olimpiya stadionunda millətlər liqasının ilk turu çərçivəsində saat 20:00-da Azərbaycan – Kosovo oyunu başlayacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanovun görüş öncəsi bunu deyib:

“Uzun müddətdən sonra ilk rəsmi oyunumuz olacaq. Bir neçə gündür ki, komanda ilə birlikdəyik və rəqibi təhlil edirik. Pis hazırlıq keçməmişik.

Futbolçular istəklidir, hər biri ən yaxşı oyununu göstərməyə çalışacaq. Rəqibin oyunlarına baxıb təhlil etmişik. İnanıram ki, sabah azarkeşlərimizi məzmunlu futbolla sevindirə biləcəyik”.

Həmin kateqoriyadan