- Baxış sayı: 42
- 23 Sentyabr 2026 23:52
- Baxış sayı: 167
- Sentyabr 23, 2026
- 0

“Qarabağ” 10-cu turda “Sumqayıt”ı 2:0 yendi. Allsport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçi Qurban Qurbanovun qələbə şərhi belə oldu:
“Futbolçularımı təbrik edirəm. Həmçinin azarkeşlərimizi də. Biz işə fərqli yanaşırıq, digərləri fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Qarşıda çox oyunlarımız var.
Tofiq Bəhramov adına respublika stadionu bizə düşür. İstədim, ağır qrafikdə fərqli nəsə edim. Psixoloji təzyiqi mütləq tezliklə aradan qaldırmalıyıq”.