Qurban Qurbanov: “İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik”

Sabah “Qarabağ” qitə liqasının “A” qrupunda “Sevilya”nı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda təşkil olunan mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“Sevilya” kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidi. 1 ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda yaxşı bir kollektiv görəcəyik, sona qədər mübarizə aparacağıq.

Baxmayaraq ki, “Sevilya” Avropa liqasında çıxış edir, düşünürəm ki, bu komanda çempionlar liqasında oynamağa layiqdi. Öz meydanımızda oynayırıq, maksimum ən yaxşısını etməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik”.

Həmin kateqoriyadan