“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı”

Allsport.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovun “Jean Borotra world fair play career” mükafatına layiq görülməsi haqda danışıb:

“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı. Onun ədalət prinsipləri artıq bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi. Bu, eyni zamanda, “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur.

Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.

Həmin kateqoriyadan