Qurban Qurbanov: “Məğlubiyyət baş verməli idi”

Premyer liqanın 12-ci turun “Sumqayıt” – “Qarabağ” (2:1) oyunundan sonra mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov fikirini bölüşüb. Allsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis yenilgiyə belə şərh verib:

“Çox fikir bildirməyəcəm. Ayxan Abbasovu təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. Neçə oyun idi ki, uduzmurduq, bu baş verməli idi. Ancaq futbolçulara bildirmirdim. Hazırda futbolçuların üzərinə çox getməyəcəm. Son zamanlarda bəzi epizodlar var ki, komandayla təhlil edirik. Çox fikrim yoxdur”.

Həmin kateqoriyadan