Qurban Qurbanov: “Molde”yə qarşı daha yaxşı formada olacağıq”

Premyer liqanın 2-ci turunda “Keşlə” ilə heç-heçə (0:0) edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. Allsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

“Heç də asan olmadı. Qalib gəlmək istəyirdik, 1 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qaşrı oynadıq. Hər bir futbolçumuza qaşrı sərt oynayırdılar. Bu, məni sevindirdi. Uzun müddətdən sonra istədiyimiz oyunu göstərməkdə çətinlik çəkirdik. Bu oyunu burda saxlayıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 5 gün sonra “Molde” ilə qarşı qarşılaşacağıq. Ümid edirəm ki, həmin matçda daha yaxşı formada olacağıq.

Həmin kateqoriyadan