Qurban Qurbanov: “Qarabağ” ölkəmizə qarşı olan təxribatlara qarşı yaxşı bir silahdır”

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimində fikirlərini böüşüb.

Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Qarabağ”ın davamlı şəkildə avrokubokda qrup mərhələsində iştirak etməsinin Azərbaycan üçün böyük önəm kəsb etdiyini vurğulayıb:

“Hər kəsə təşəkkür edirəm. Hər dəfə bu adı qazananda daha çox sevinirəm və həddindən artıq məsuliyyətli oluram. Bizim işimiz elədir ki, həmişə uğursuzluq ola bilər. Düşünmüşəm ki, birdən çempion olmaya, avrokubokda qrupda düşməyə bilərik. Buna görə qorxuram. Stabil uğur qazanmaq asan deyil. Təkcə futbolda yox, həyatda səhvlər olur. İstərdim hər il minimum Avropa liqasının qrup mərhələsində Azərbaycanın bir komandası olsun.

Bu, ölkənin tanınması üçün önəmlidir. Hər il nəsə hadisə olur. Bəzisi gəlir bayrağa bənzər əski çıxarır, təxribat edir. “Qarabağ” bu cür hallara, ölkəmizə olan təxribatlara qarşı silahdır. Çempionluğu çətin əldə etdik, Avropa Liqasında da qrupda düşmək asan olmadı. İnanıram ki, “Qarabağ” olmasa da, hansısa komandamız Avropa Liqasında qrupdan çıxacaq. Bu ada yenə mənə layiq gördüyünüz üçün hər birinizə təşəkkür edirəm. Jurnalistlərin dəyər verməsi mənim üçün önəmlidir”.

Həmin kateqoriyadan