Qurban Qurbanov: “Rəqibləri daha yaxından təhlil etməyə çalışacağıq”

Bu gün Avropa liqasının qrup mərhələsində “Qarabağ”ıb rəqibləri bilinib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov durumu belə dəyərləndirib: 

“Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir. “Düdelanj”la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir.

“Sevilya” isə hamıya bəllidir, Avropa liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqibləri daha yaxından təhlil etməyə çalışacağıq”.

Həmin kateqoriyadan