Qurban Qurbanov: “Sivasspor”un hücum xəttində ustalıq səviyyəsi yüksək idi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qitə liqasının “İ” qrupunun 4-cü turunda Türkiyədə “Sivasspor”a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, İstanbulda “Başağşəhər Fateh Tərim” stadionunda keçirilən mətbuat konfransında bunu deyib:

“Sivasspor”u təbrik edirəm, vacib qələbə qazandılar. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı. Heyətimizdə itkilər olmasına baxmayaraq, komandam yaxşı mübarizə apardı.

Rəqib futbolçuların, xüsusilə də, hücum xəttində ustalıq səviyyəsi yüksək idi. Əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu.

Qrupda 2 oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq”.

Həmin kateqoriyadan