Qurban Qurbanov: Son vaxtlar səhvlər çoxdur, hakimlərimiz daha diqqətli olmalıdır

“Qarabağ” premyer liqanın 19-cu turunda “Sabah”la qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bunu deyib:

“Rəqib 90 dəqiqə müdafiə olundu. İstər-istəməz belə komandaya qarşı çoxlu qol epizodu yaratmaq çətin olur. Amma xeyli imkanımız var idi. Futbolçular 90 dəqiqə oyun nizam-intiazmını saxladıq. Oyundan oyuna daha yaxşı, daha cidi hazırlaşırlar. 90 dəqiqə tam ideal, istədiyimiz oyunu göstərmək mümkün deüyil. Səhvlər hər zaman olur. Bu gün futbolçulardan razı qaldım.

Hakimdən başqa hamı deyir ki, qol idi. Hətta rəqib komandanın nümayəndələri, məşqçiləri də bunu bildirdi. Bəzən belə epizodlar nəticəyə çox təsir edir. Penalti epizodu ilə bağılı da fikirlər var idi. Hakimlər daha diqqətli olmalıdılar.

Bizim qapımız qarşısında da belə epizodlar olsa, istəmərik ki, kiminsə haqqına girək. Belə hallar yaşanır. Ancaq son vaxtlar səhvlər çoxdur. Klub olaraq hakimlərə irad bildirmirik. Gəncdilər, amma daha diqqətli olmaları lazımdır. Yəqin ki, bunun üzərində işləyirlər”.

Həmin kateqoriyadan