Qurban Qurbanovdan 20, futbolçulardan 50 min manatlıq dəstək

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və komandanın futbolçuları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış koronavirusla mübarizəyə dəstək fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.

Həmin kateqoriyadan