Qurban Qurbanovla 250-ci qələbə

“Qarabağ” baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə 250-ci qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, yubiley ölkə çempionatının 6-cı turunun “Sabah”la 2-0 hesabı ilə bitən səfər matçına təsadüf edib.

Bu, 2008-ci ildən “Qarabağ”ın sükanı arxasında olan mütəxəssisin 451-ci matçına təsadüf edib. Ağdam təmsilçisi bu görüşlərin 55 faizindən qalib kimi ayrılıb.

Onun “Qarabağ”ın baş məşqçisi kimi qazandığı qələbələrdən 187-si premyer liqa (320), 34-ü avrokuboklar (85), 29-u Azərbaycan kubokuna (46) təsadüf edib.

Həmin kateqoriyadan