Qurban Qurbanovlu “Qarabağ” Norveçdən sərfəli sülhlə dönür

“Qarabağ” Avropa liqasının “H” qrupunun 5-ci turunda Norveçdə “Molde” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyun sülhlə bitib (2:2).

Hesabı 11-ci dəqiqədə Juninyo açıb. Meydan sahibləri Türkiyə nəhənglərinin elçi düşdüyü Kristian Eriksenlə (82 dəq, 87 dəq) sona qalmış önə keçiblər.

Amma hakimin əlavə etdiyi dəqiqələrdə Bəhlul Mustafazadə hesabda tarazlıq yaradaraq, “köhlən atlar”a vacib 1 xal qazandırıb.

“Qarabağ” ardıcıl 3-cü dəfə avrokuboklarda qrupdan çıxaraq, ən azı, konfrans liqasının 1/16 finalını təmin edib. Bakıda autsayder “Hakken” üzərində qələbə, komandamızı Avropa liqasında mübarini davam etdirməyə imkan verəcək.

Həmin kateqoriyadan