Qurban Qurbanovun 350-ci oyunu

Topaz premyer liqasının 9-cu turunda “Neftçi” ilə oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycan çempionatlarında çalışdırıcı kimi 350-ci matçına çıxıb.

Hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun komandası premyer liqada 523 qol vurub, 244-nü buraxıb.

Məşqçiliyə 2006/07 mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Qurban Qurbanov ilk oyununu “Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.

Həmin kateqoriyadan