“Qurban Qurbanovun bizə aşıladığı inam böyük qazancdır”

“Qarabağ”ın futbolçusu Kevin Medina “Planeta futbol” nəşrinə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, kolumbiyalı müdafiəçi yeni komandasını bəyəndiyini söyləyib:

“Qurban Qurbanov çox yaxşı insandır. Mənim də çox sevdiyim iş tərzi var. Onun rəhbərliyi ilə yeni şeylər öyrəndim. Futbolçulara aşıladığı inam böyük qazancdır. Məşqçinin yaratdığı sərbəstliyi və rahatlığı çox yüksək qiymətləndirirəm. “Qarabağ”ın oyunu İspan üslubuna yaxındır, topla çox oynamağı sevirik. Portuqaliya futbolu isə daha çox taktika və fiziki hazırlığa əsaslanır”.

Kevin Medina “Qarabağ”a bu yay Portuqaliyanın “Şaviş” klubundan keçib.

Həmin kateqoriyadan