“Qusar” AFFA region liqasının qalibi olub

Bu gün Tovuz şəhər stadionunda keçirilmiş final qarşılaşmasında “Çinar Zəngilan” və “Qusar” komandaları üz-üzə gəlib.

Allsport.az xəbər verir ki, həlledici oyunda rəqibi üzərində 2:0 hesablı qələbə qazanan “Qusar” AFFA Region liqasının 2022/2023-cü illər mövsümünün qalibi olub. Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib.

“Qusar” komandasının üzvü Eşqin Tağıyev 24 qolla ən məhsuldar oyunçu olub. Çempion komandanın digər üzvü Tural Cəlilov isə 2022/23-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib. Daha sonra müvafiq olaraq, 2-ci yerin sahibi “Çinar Zəngilan” və qalib “Qusar” komandasına medallar və kubok təqdim edilib.

Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, regional futbol federasiyaları ictimai birliyinin prezidenti İsgəndər Cavadov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.

Həmin kateqoriyadan