Rəşad Sadıqov: “Görəcək işimiz çoxdur”

“Zirə” premyer liqanın 19-cu turu çərçivəsində doğma meydanda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib: 

“Fasilədən sonra ilk oyun idi. Hər iki komandanın oyunçuları üçün fasilədən sonra yenidən başlamaq çətindir. İlk yarıda bunu hiss edirdik. Gözlənilməz qol buraxdıq. Halbuki rəqibin bu gedişatı üzərində işləmişdik. Amma ideal ötürmədən sonra ideal qol vurdular. Futbolçularım oyundan qopmadılar. İlk yarıda bir çox şeylər alınmırdı. Amma ruhdan düşmədik, böyük əzmkarlıq göstərib, bizim üçün vacib üç xal qazandıq. Görəcək işimiz çoxdur. Hamımız bunu başa düşürük. Futbolçularımı təbrik edirəm. Növbəti oyuna köklənməliyik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish