- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 116
- Sentyabr 23, 2026
- 0
FIFA referisi Rəhim Həsənov Avropa liqasının I təsnifat mərhələsində oyun idarə edəcək. Allsport.az xəbər verir ki, o, “Proqres”in (Lüksemburq) “Enqrodan” (Andorra) / “Zeta” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacağı görüşdə ədaləti təmsil edəcək.
Ona Mübariz Haşımov və Pərvin Talıbov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Avqustun 26-da baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə 20:30-da səslənəcək.