- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev “Sumqayıt”la oyundan sonra klubun açıqlama verib. Allsport.az saytı xəbər verir ki, hər xalın çöx önəmli olduğunu bildirən yarımmüdafiəçi, artıq kubok oyunlarına köklənməyin vacib olduğunu deyib:
“Hər matça qələbə qazanmaq üçün çıxırıq. Çünki hər bir xal bizim üçün çox önəmlidir. Lakin bu oyun çox ağır oldu. Rəqib müdafiəyə “oturmuşdu”, qol buraxmamağa çalışırdı.
Yalnız əks-hücumlara bel bağlayırdı. Ona görə də qol vurmağa çətinlik çəkdik. Düzdür, fərqlənmək üçün imkanlarımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Artıq kubok oyunlarına köklənməliyik”.