Rəhmanoviç “Qarabağ”a keçməyə hazırlaşır

Bosniya və Hersoqovinanın “Sarayevo” klubunun yarımmüdafiəçisi Əmar Rəhmanoviç karyerasını “Qarabağ”da davam etdirə bilər.

Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam klubu ilə müqavilə imzalamağa hazırlaşır.

Bosniyalı orta sahə oyunçusu bu mövsüm 12 oyunda 3 qol vurub, 4 ötürmə edib. Onun “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da bitəcək.

Həmin kateqoriyadan