“Rəqibə imkan vermədik”

Bu gün “Sabah” premyer liqanın 33-cü turunda Qəbələdə “Kəpəz”ə 3:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların 2-ci məşqçisi Artur Olenin bunu söylədi:

“Bu gün yaxşı oyun oldu. Komandamız çox aqressiv oynadı. Rəqibə imkan vermədik. Yarış cədvəlində 2-ci yerdə olsaq da, arxayınlaşmaqdlq, sonacan inamlı mübarizə aparıb qalıb gəldik.

Bu gün ehtiyat futbolçulara da fürsət verdik. Hamıdan razı qaldıq. Qarşıda “Beşikdaş”la paytaxtda xeyriyyə matçımız var. Həmin oyuna da həvəslə çıxacağıq”.

Xatırladaq ki, Gəncə şəhər stadionunun ot örtüyü yararsız olduğundan, “sarı-göylər” ev oyunlarını Qəbələdə keçirir.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan