Rəşad Əzizli “Qəbələ”də

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib. 29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Onun son klubu “Şamaxı” olub. Öncələr “Rəvan”, AzAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib. Qapıçı Azərbaycan millisində də çıxış edib. U-17 və U-19 yığmalarının şərəfini qoruyub.

Həmin kateqoriyadan