Rəşad Əzizli “Sumqayıt”da

“Sumqayıt” dövrələrarası fasilədə ilk transferini edib. Allsport.az saytı xəbər verir ki, klub son olaraq “Neftçi”də çıxış etmiş Rəşad Əzizlini heyətinə qatıb.

24 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalayıb. O, 12 nömrəli futbol geyimində çıxış edəcək.

Rəşad Əzizli “Simurq”, “Rəvan” və AzAL komandalarında da oynayıb. 1994-cü il təvəllüdlü qapıçı 15, 17, 19 və 21 yaşadək yığmaların üzvü olub.

Həmin kateqoriyadan