- Baxış sayı: 53
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 231
- Noyabr 09, 2026
- 0

Premyer liqanın 2-ci turunda səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gələn “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov açıqlama verib. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Maraqlı oyun alındı. Qarşılaşma gərgin keçdi. Rəqib ilk turda “Neftçi” ilə görüşdə əzmkar mübarizə apardı. Bilirdik ki, sona qədər oynayacaqlar. Komanda üçün vacib 3 xal qazandıq. Düşünürəm ki, bunun ardını gətirəcəyik”.