Rəşad Sadıqov: “Görüşün qırılma anı buraxdığımız 2-ci qol oldu”

“Maraqlı oyun oldu. Çox gərgin matç idi. Qələbə qazanmaq istəyirdik, yaxşı müdafiə olunurduq. Ən azı, bir xal qazanmağa layiq idik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 13-cü turunda “Qarabağ”la oyundan sonra mətbuat konfransında deyib. O, 2:0 hesabı ilə irəlidə olduqlarına baxmayaraq, sonda uduzduqları matçı (2:3) belə şərh edib:

“Qarabağ”a qarşı 10 nəfərlə oynamaq çətindir. Qırmızı vərəqədən sonra bir əvəzetməmiz qalmışdı. Görüşün qırılma anı buraxdığımız 2-ci qol oldu. Sonda hesabı bərabərləşdirə bilərdik, amma alınmadı. Oyunlarımız maraqlı və gərgin keçir. Növbəti matçlara hazırlaşacağıq”.

Oyunun əvvəlindən rəqibə qol imkanları vermirdik. Futbolçular sona qədər mübarizə apardılar. Səhvlər mütləq var, rəqib bizi buna məcbur etdi. Bu gün meydanda ən optimal heyətə malik “Qarabağ” gördüm. Buna tab gətirmək asan deyil.

Düşünürəm ki, bir az çalışsaq, daha yaxşı ola bilərik. Qələbə qazanmaq istədiyim üçün bir az aqressiv idim. Hakimin çox epizodlarına reaksiya bildirirdim. Amma mənə görə müzakirəli epizodlar var”.

Həmin kateqoriyadan