VİDEO
Rəşad Sadıqovdan qələbə şərhi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, qələbəni şərh edib:

“Kubok oyunları həmişə təhlükəli olur. Qalib bir oyuna görə müəyyənləşdiyi üçün matça ciddi hazırlaşmışdıq. Rəqibi ciddiyə almışdıq. Onlarda Elnur Cəfərov, Elvin Sərkərov, Kamil Hüseynov, Orxan Əliyev kimi təhlükəli futbolçular var. İlk hissədə hesabı açdıq və üstünlüyü artırdıqdan sonra inamlı qələbə qazandıq. İkinci hissədə daha gənc oyunçulara şans verdik. Heyətdə bəzi dəyişikliklər etmişdik. Bizim üçün vacib olan qələbə idi və bunu qazandıq”.

Həmin kateqoriyadan