- Baxış sayı: 45
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 152
- Sentyabr 23, 2026
- 0

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Rəvan” PFK yoxlama oyununda qüvvəsini sınayacaq. Allsport.az xəbər verir ki, artıq 5 gündür klubun bazasında bir araya gələrək toplanış keçən “aslanlar” “Qarabağ”la qarşılaşacaqlar.
Ölkə çempionatının lideri ilə duel “İnter Arena”da reallaşacaq. Noyabrın 15-də keçiriləcək matç saat 12:00-da başlayacaq.