- Baxış sayı: 36
- 22 Sentyabr 2026 17:14
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

“Hayduk” – yarımmüdafiəçi İvan Rakitiçi transferini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, tərəflər 1 mövsüm üçün anlaşıblar.
Xorvatiyalının son klubu “Əl-Şabab”ı olub. Yarımçıq bir mövsümdə o, 8 dəfə meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Səudiyyə Ərəbistanı klubuna bu ilin yanvarın 30-da keçib.
İyunda Cennaro Qattuzo “Hayduk”un yeni baş məşqçisi olub. Rakitiçin Xorvatiya millisinin sabiq komanda yoldaşı İvan Perişiç də bu klubda çıxış edir.