Ramil Şeydayev: “Azərbaycana qayıda bilərəm”

Moskva “Dinamo”sundan ayrılan Ramil Şeydayev açıqlama verib. Allsport.az xəbər verir ki, 23 yaşlı hücumçu ayrılığının səbəbini izah edib: “Dinamo”dan ayrılmağımın xüsusi səbəbi yoxdur.

Sadəcə ola bilsin, özümü yaxşı tərəfdən göstərə bilmədim. Həmişə hər şey futbolçunun özündən asılıdır, bir az da baş məşqçidən. Mənə verilən fürsətdən istifadə edə bilmədim. Heç kimi günahlanhdırmaq istəmirəm”.

O, “CBC Sport”a karyerasının harada davam etdirəcəyi ilə bağlı isə bunları bildirib: “Krılya Sovetov”la qayıtmağımla bağlı məsələ hələ dəqiq deyil. Azərbaycana dönmək variantı da ola bilər. Amma təzə ayrıldığımdan hələ heç bir klubla danışıq olmayıb”.

Həmin kateqoriyadan