Ramil Şeydayev: “Görəcəyimiz çox iş var”

Millətlər liqasının 2-ci turunda səfərdə Lüksemburqa evdə uduzan (0:1), Kiprə isə səfərdə qalib gələn (2:0) Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev açıqlama verib. Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu dəstək üçün azarkeşlərə təşəkkür edib və üzərlərində çox işləyəcəklərini bildirib:

“Kiprdən evə 3 xalla qayıtdıq. Bakıda Lüksemburqa gözlənilməz məğlubiyyətdən sonra toparlanmaq çətin idi, amma komanda növbəti oyuna kökləndi, qalib gəldi. Oyunu TV-dən izləyən və bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürlər!

İlk oyunda qol vurmağım gözəl idi, ancaq Kiprlə matçda fərqlənməməyim üzücüdür. Lakin irəlidə bunu edə biləcəyimə inanıram. Ən önəmlisi isə üzərimizdə görəcəyimiz çox iş var. Artıq hamımız Azərbaycan çempionatına hazırlaşırıq”.

Həmin kateqoriyadan