Ramildən azarkeşə gözəl jest

Kürdəmirə səfər edən Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Ramil Şeydayev doğma rayonunda azarkeşlərlə görüşüb. Allsport.az xəbər verir ki, 23 yaşlı hücumçu azarkeşlərdən birinə gözəl jesti ilə diqqət çəkib.

Onun Kürdəmirə səfərlə bağlı “facebook” paylaşımına izləyicilərdən biri işdə olacağı üçün qatıla bilməyəcəyini bildirib. Ramil isə həmin azarkeşlə görüşmək üçün iş yerinə gedib.

Şeydayev onunla birgə fotosunu sözügedən paylaşımın rəy bölməsinə atıb.

Həmin kateqoriyadan